Bu gün dünyaşöhrətli fırça ustası, holland rəssamı Vinsent van Qoqun (Vincent van Gogh) doğum günüdür. Van Qoq ilk əsərlərində zəhmət adamlarının ağırhəyatı, əzab və həyatdan küskünlüyünü həssaslıqla verə bilib.
33 yaşında (1886) Fransaya köçən rəssam burada impressionizmin təsirilə çoxlu mənzərə, portret və natürmort çəkib. Onun əsərlərinə gerçəkliyin dramatik dərk edilməsi və ictimai etiraz əlamətləri xasdır. Amma sağlığında van Qoqun əsərlərinə layiqincə qiymət verilməyib. O, ömrünü səfalət içində keçirərək ruhi xəstəliyə tutulub və intihar edib. Ölümündən sonra isə Van Qoqun əsərləri hərrac yolu ilə milyonlarla dollara satılıb. Onun hər bir rəsm əsəri dünya incəsənətinin gözəl nümunələrindən sayılır.


Bünyamin Bünyadzadə
Visiontv.az