SEPAH İsrailə qarşı həyata keçirilən son raket hücumlarında ilk dəfə “Xeybər” raketlərini atəşləmək üçün ikili buraxılış platformasından istifadə etdiyini açıqlayıb.
Məlumata görə, bu texnologiya eyni anda iki raketin buraxılmasına imkan verir və hava hücumundan müdafiə sistemlərində raketlərdən ən azı birinin hədəfə çatmaq ehtimalını artırır.
SEPAH-ın açıqlamasına paralel olaraq "Fars News" agentliyi raket buraxılışlarına dair video yayıb. Videoda raketlərin üzərində müxtəlif siyasi mesajların yazıldığı görünür.
Görüntülərdə raketlərin üzərində “Ağ Evdə alçaq olmaq təhqir deyil, bu, iş üçün tələb olunan bir şərtdir” və “Amerikanı Tramp özü məhv edəcək” kimi ifadələrin yer aldığı bildirilir.
visiontv.az