“Müctəba Xameneyi Qumda müalicə alır”
10.04.2026

İranın yeni ali lideri Müctəba Xameneyinin Qumda müalicə aldığı bildirilib. “The Times” qəzetinin məlumatına görə, bu dəyərləndirmə onun ölkəni idarə etmək iqtidarında olmadığını göstərir.

ABŞ və İsrail kəşfiyyatına əsaslandığı və Körfəz müttəfiqlərinə paylandığı iddia edilən diplomatik notada Müctəba Xameneyinin huşsuz olduğu bildirilir. Onun vəziyyətinin ağır olduğu iddia edilib.

“Müctəba Xameneyi Qumda ağır vəziyyətdə müalicə alır və qərarların qəbul edilməsi prosesində iştirak edə bilmir”, - nəşrin istinad etdiyi kəşfiyyat məlumatlarında deyilir. Qəzet qeyd edib ki, Xameneyinin yeri ilk dəfə açıqlanır.

visiontv.az