Alman dilinin Avropada poeziyanın dili olması haqda bir tvit atmışdım. Linqvist bir dostum fikrimlə razılaşdığını, ancaq Volterin dilini də unutmayaq deyir. Söhbət dönüb gəlir dillərin zənginliyinə çıxır…
Fransız dilində "darıxmaq" sözü "manquer"dir, "əskik buraxmaq" deyirlər. Məsələn, "Onun üçün darıxıram" deyil, "O, məndə əskikdir" deyə ifadə edirlər. "Manquer"(manke oxunur) kəlməsi dilin ifadə zənginliyini göstərməklə bərabər, onun zərafətini, necə duyğu yüklü bir dil olduğunu da ortya çıxarır, zənnimcə.
Fransızlar o dəhşətli hissi yalın kəlmə ilə ifadə etmək yerinə "manquer" deyərək həsrət, darıxmaq və özləmin dağıdıcı və parçalayıcı gücünü tam açır, insanın içindəki boşluğu ancaq əskik olan O-nun dolduracağına işarə vururlar...
İbrahim Nəbioğlu
visiontv.az