Danışıqlara baxmayaraq İran ordusu hazır vəziyyətdə gözləyir
20.04.2025

Rejim tərəfdarı və SEPAH-a bağlı Cavan qəzeti bildirib ki, Amerika ilə nüvə danışıqları getdiyi bir vaxtda İran ordusu hazır vəziyyətdə gözləyir və öz gücünü artırmağa davam edir.

Bu barədə qəzetin dərc etdiyi məqalədə bildirilib.

"Döyüş meydanı diqqətdən kənarda qalmır, əsgərlərimiz ayıq-sayıq və tətikdədirlər. Onlar ordunun hərbi gücünü genişləndirməyə və artırmağa sadiqdirlər." - deyə məqalədə bildirilib.

Qəzet aparılan danışqlarla bağlı isə İranın nə çox optimist, nə də çox bədbin olduğunu bildirib.

Qeyd edək ki, danışıqların davam etdiyi zaman ərzində bir çox Amerika və İsrailli rəsmi və qeyri-rəsmi nümayəndələr İranın danışıqları nüvə silahını əldə etmək üçün uzatdığını bildirirlər. SEPAHA bağlı bu qəzetin İran ordusunun öz hərbi gücünü genişləndirməyə və artırmağa sadiq olduğunu bildirməsi İranın nüvə silahını əldə etməyə çalışması kimi anlaşıla bilər.

visiontv.az