Dağlıq Qarabağ ərazisinin gizli poliqona çevrilməsinin qarşısını almalıyıq - Azər Qasımov
09.12.2020

Dağlıq Qarabağ Azərbaycanın ərazisi olduğu üçün gələn rus sülhməramlıları haqda bütün məlumatları verməyi tələb etməliyik.

Rusiyadan gələn hərbişilərin adı, rütbəsi, vəzifəsi, milliyyəti və sairə, eyni zamanda, hərbi texnika haqda ki, inventarizasiya aparılsın.

Başqa dövlətin ərazisinə keçən hər bir şəxs haqda məlumat tələb olunduğu kimi bunu tələb etməyə haqqımız çatır və bu, belə olmalıdır. Dağlıq Qarabağ ərazisinin gizli poliqona çevrilməsinin qarşısını ancaq belə ala bilərik. Burda yaşayan ermənilərin siyahıya alınması da təbii olaraq aparılacaq.

Sülhməramlı xüsusi statusla dəvətlə gəlsə belə, hələlik müqavilədə bu şərtlər yazılmayıb, amma bizim bunu tələb etmək hüququmuz yoxdur deyə də bir bənd də yoxdur. Bu baxımdan müqavilə bəndlərinin alt mətinləri formalaşanda bunu nəzərə almaq lazımdır.

Rusiya prezidenti Putin dəfələrlə deyib ki, Dağlıq Qarabağ Azərbaycanın ərazisidir. Odur ki, bu, bizim süveren hüququmuzdur. Bu, görüntü xatirinə Türkiyə sülhməramlılarına da aid edilməlidir. Əslində heç bir tərəfin bundan imtina etmək hüququ olmamalıdır, əgər başqa gizli planları yoxdursa, yəni Rusiya tərəfinin.

Visiontv.az