Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) İranın Buşehr reaktorunun yaxınlığındakı tikiliyə zərbə endirildiyini, stansiyaya heç bir ziyan dəymədiyini bildirib.
BMT-nin nüvə nəzarət orqanı bildirib ki, İranın Buşehr nüvə elektrik stansiyası reaktorundan təxminən 350 metr məsafədə yerləşən tikiliyə zərbə endirilib və tikili dağılıb, lakin reaktorun özünə zərər dəyməyib və heç bir işçi xəsarət almayıb.
BAEA-nın baş direktoru Rafael Qrossi bildirib ki, "Reaktorun özünə və işçilərə heç bir ziyan dəyməyib".
visiontv.az