Bundestaq Kiyevə “Taurus” raketlərinin verilməsini rədd edib
11.07.2026

Almaniya Bundestaqı Kiyevə “Taurus” raketləri və PAC-3 sistemlərinin göndərilməsini tələb edən qətnaməni dəstəkləməyib. Bu barədə Bild məlumat yayıb.

Bundan başqa, sənəddə Ukrayna pilotsuz uçuş aparatlarının istehsalının maliyyələşdirilməsi təklif olunurdu. Məqsəd Ukraynanın Rusiya ərazisinin dərinliklərinə daha güclü zərbələr endirə bilməsi idi.

Qətnamə həmçinin Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini nəzərdə tuturdu.

Qətnaməni cəmi 79 deputat dəstəkləyib, 510 deputat isə əleyhinə səs verib.

Təklif həm hökumət koalisiyasının nümayəndələri, həm də müxalif partiyalar tərəfindən rədd edilib.

visiontv.az