Birləşmiş Millətlər Təşkilatı təhlükəsizlik baxımından bəzi beynəlxalq personalı və onların ailə üzvlərini müvəqqəti olaraq İrandan təxliyə etmək qərarına gəlib.
Bu haqda BMT-nin Cenevrədəki sözçüsü Alessandra Voluçi məlumat verib.
"Qərar gərginliyin davam etməsi və İslam Respublikasının atəşkəsi pozması, eləcə də İsrailin Tehrana yeni hərbi zərbələr endirməsi əmri verməsi ilə bağlı elan edilib",- o deyib.
Voluçi, İrandan evakuasiya ediləcək insanların sayı ilə bağlı şərh verməkdən imtina edib.
Son günlər İran ilə İsrail arasında hərbi toqquşmaların şiddətlənməsindən sonra bir sıra Qərb və Avropa ölkələri də diplomatlarını Tehrandan geri çağırıblar.
Bununla yanaşı bəzi ölkələr də İrandakı səfirliklərini müvəqqəti bağlayıb.
visiontv.az