“Black Badge”: Sonsuzluq simvolunun mənşəyi
15.11.2021

“Black Badge” ilə əlaqəli sonsuzluq simvolu qeyri-məhdud potensialı təmsil edir. Bəs bu güclü simvol necə yaranıb? 2016-cı ildə Black Badge Wraith və Black Badge Ghost təqdim edildikdə, Rolls-Royce ailəsinin daha tünd, daha cəsarətli, dəyişkənliyi göz oxşayan loqo ilə təmsil olunurdu: üfüqi xəttin üstündə riyazi sonsuzluq işarəsi.

Bu simvol avtomobillərin saatlarının üzünü bəzəyirdi və iki arxa oturacaq arasında yerləşən “Şəlalə” adlandırılan paneldə də işlənmişdir. 2019-cu ildə Black Badge Cullinan yaradıldıqda, o, həmçinin avtomobilin işıqlandırılmış protektor lövhələrinə də daxil edilmişdir.

Markanın həvəskarları məlumatlı ola bilərlər ki, sonsuzluq işarəsi Rolls-Royce avtomobillərini ilk dəfə bəzəmirdi.  2014-cü ildə o, həmçinin dünya sürət rekordu çempionu cənab Malkolm Kempbellin cəsarətini qeyd etmək üçün yaradılmış məhdud buraxılış kolleksiyası olan Phantom Drophead Coupe Waterspeed-də nümayiş etdirilib.
Black Badge ideyası formalaşarkən hiss olunurdu ki, onun mahiyyətini kodlaşdırmaq üçün simvol yaradılması şərtdir. Black Badge sahibləri risk alanlar və qaydaları pozanlardır. Cənab Malcolm Campbell kimi, sahibkarların aşkar məhdudiyyətlərə cavabı - etiraz etmək və ya qadağalara məhəl qoymamaqdır. Sonsuzluq simvolu hüdudsuz imkanları, əldə edə biləcəklərinizin heç bir məhdudiyyətinin olmadığını ifadə edir. Qərar qəbul edildi: su sürəti kolleksiyasını bəzəyən simvol həm də Black Badge ifadə edən hər şeyi əhatə edir.

Waterspeed dizaynerləri bu simvolu 2014-cü ilin kolleksiya avtomobilinə daxil etməyi qərarlaşdılar. Çünki o, cənab Malkolm Kempbellin Roll-Royce mühərriki ilə təchiz edilmiş Bluebird K3-ün gövdəsində görünmüşdü. O dövrdə “Lemniscate Bluebird K3”-ün qeyri-məhdud mühərrik gücünə malik qayıqlar üçün nəzərdə tutulmuş sinfə aid olduğunu bildirilirdi. Üzərindəki simvol onun "məhdudiyyətsiz" kateqoriyasını təmsil edir və yalnız su sürəti rekordu uğrunda yarışan hidroplanlara şamil edilirdi.
Sonsuzluq anlayışı erkən Yunan və erkən Hindistan sivilizasiyalarından bəri riyaziyyatçılar, elm adamları və filosoflar tərəfindən tədqiq edildiyi halda, hazırda sonsuzluq simvolu kimi bildiyimiz işarə 17-ci əsrdə yaşayıb-yaratmış İngilis riyaziyyatçısı cənab John Wollis tərəfindən yaradılmışdır.