Birinci Qarabağ müharibəsində itkin düşən şəhid Mübariz Hüseynovun qalıqları Suraxanıda dəfn olunub
18.04.2025

Birinci Qarabağ müharibəsində itkin düşən şəhid Mübariz Hüseynovun qalıqları Bakıda dəfn olunub.

Visiontv.az APA-ya istinadən xəbər verir ki, şəhidin qalıqları Suraxanı rayonu, Dədə Qorqud qəsəbəsindəki Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Qeyd edək ki, Hüseynov Mübariz Sabəddin oğlu 1970-ci ildə Ermənistanın Kalinino rayonunun Qızıl Şəfəq kəndində anadan olub.

1993-cü idlə Cəbrayıl şəhərində itkin düşüb.

Birinci Qarabağ müharibəsində itkin düşən şəhid Mübariz Hüseynovun qalıqları Suraxanıda dəfn olunub - FOTO