İranda minlərlə insan ölümə məhkum edildikdən sonra edam təhlükəsi ilə üzləşib və bu ölkədə edam hökmlərinin icrası dəhşətli səviyyəyə çatdığını yazıb.
Bu, Beynəlxalq Əfv Təşkilatının İrandakı edamlarla bağlı yaydığı bəyanatda deyilir.
"2022-ci ildə başlayan üsyandan bu yana İran hakimiyyəti ölüm hökmündən repressiya aləti kimi istifadə edib və təkcə 2025-ci ildə 800-dən çox insanı edam edib”, - beynəlxalq təşkilat bildrib.
Bəyanatda qeyd olunur ki, İran hakimiyyəti ölüm hökmünün tətbiqi ilə bağlı rəsmi statistikanı dərc etməkdən imtina edir və buna görə də, edam edilənlərin sayının rəsmi məlumatlarda elan ediləndən daha çox olduğu guman edilir.
Qeyd edək ki, İran İnsan Haqları Tşkilatının son hesabatına görə, 2025-ci il sentyabrın 10-a kimi kimliyi dəqiqləşdirilən edam edilənlərin sayı 915 nəfərə çatıb, onlardan 25-i qadındır.
visiontv.az