Bəxtiyar Vahabzadənin nəvəsinə imtahanda üç yazdım-dosent Zaur Əliyev
16.08.2021

Bəxtiyar Vahabzadəni şəxsən tanımasam da onunla cəmi bir dəfə telefon danışığımız olub. Universitetdə onun nəvəsinə dərs deyirdim.

Mənim tələbələrim bilirlər. Əsla əsla tələbəni imtahandan saxlayan deyiləm. Bir tələbəm belə kəsirdə olmayıb indiyə qədər. Onun nəvəsi imtahan zamanı məni necə əsəbləşdirirsə ( İşğal olunan rayonları soruşdum, dedi Ağcabədi və Yevlax) ona üç yazdım. Dekan və kafedra müdiri nə qədər elədilər qiyməti düzəltmədim. Bir də gördüm mənə zəng gəldi və məndən üzrxahlıq edən Bəxtiyar Vahabzadə xahiş elədi ki, heç olmasa dörd yazım.

O boyda şəxsin sözünü yerə salmadım. Adam utana utana məndən bunu xahiş edirdi..özünə də dedim ki, siz Xudu Məmmədovun dostu olmusuz, mənim Ustadımın dostunun sözünü yerə sala bilmərəm.. sonra Bəxtiyar Vahabzadəyə onun ən sevdiyim şeirindən bir misra dedim və bu şeirə görə ona təşəkkür etdim..

Uca-uca bir dağamsa,

Zirvəmdəki qarımsan.

Mən bir bağlı qıfılamsa,

Sən mənim açarımsan.

Demirəm ki, bahardan xoş

Gül-çiçəkdən incəsən.

Bircə bunu bilirəm ki,

Mənim ürəyimcəsən!

Allah rəhmət eləsin Şair...

visiontv.az