Azərbaycanın dörd ayda Ermənistana ixracının ümumi dəyəri açıqlanıb
18.05.2026

Bu ilin yanvar-aprel aylarında Azərbaycandan Ermənistana 9 milyon 646 min ABŞ dolları dəyərində məhsul ixrac edilib.

Visiontv.az  bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir. 

Məlumata görə, bu göstərici  Azərbaycanın ümumi ixracının 0,08%-ni təşkil edib.

Qeyd edək ki, bu ilin yanvar-aprel ayında  Azərbaycanın xarici ölkələrlə ticarət dövriyyəsi 17 milyard 403 milyon 345.14 min ABŞ dolları təşkil edib.

visiontv.az