İran 2025-ci ildə ən azı 2159 nəfəri edam edib, bu da 1981-ci ildən bəri İranda qeydə alınan ən yüksək rəqəmdir.
Bu, Beynəlxalq Əfv Təşkilatının yaydığı son bəyanatında deyilib.
"İranda edamların sayında artım hökumət əleyhinə etirazlardan sonra və İsrail və ABŞ ilə müharibə ilə eyni vaxtda daha da güclənib və ölüm hökmündən siyasi repressiya və nəzarət üçün bir vasitə kimi istifadə edilib",- bəyanatda bildirilib.
Beynəlxalq Əfv Təşkilatının hesabatına görə, 2025-ci ildə dünya miqyasında qeydə alınan edamların ümumi sayı 1981-ci ildən bəri ən yüksək səviyyə, ən azı 2707-yə çatıb; ancaq məlumatların məxfiliyinə görə Çində edam edilənlərin sayı hesabata daxil edilməyib.
visiontv.az