"Türkiyə və Azərbaycan arasındakı münasibətlər gündəlik siyasi dəyişikliklərdən uzaq, sarsılmaz və daimi bir qardaşlıq bağına əsaslanır".
Bunu türkiyəli jurnalist və ekspert Metehan Demir "Haber Global" telekanalının efirində Prezident İlham Əliyevin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana ünvanladığı təbrik məktəbu ilə bağlı çıxışında səsləndirib.
Ekspert sosial şəbəkələrdə iki dövlət arasındakı əlaqələrə xələl gətirməyə hesablanan dezinformasiya və təxribat xarakterli iddialara cavab verib.
Demir Bakı ilə Ankara arasındakı müttəfiqliyin dərin tarixi köklərə malik olduğunu və bu əlaqələrin hər zaman qorunacağını xüsusi qeyd edib.
Qeyd edək ki, bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana 29 Oktyabr - Respublika Günü münasibətilə təbrik məktubu göndərib.
visiontv.az
NATO Ukraynaya "Patriot" hava müdafiə sistemlərinin tədarükündəki problemləri araşdıracaq