Azərbaycanda Şimali Kipr Türk Cümhuriyyətini tanıdılması ilə bağlı tədbir keçiriləcək
11.04.2025

"Bütün dünyanın Türkiyədə görüşməsi, Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) olaraq, bizim də burada özümüzü ifadə etməyimiz mühüm hadisədir”.

Visiontv.az APA-ya istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ŞKTC-nin Baş nazirinin köməkçisi, turizm naziri Fikri Ataoğlu deyib.

O bildirib ki, Azərbaycan ŞKTC üçün çox əhəmiyyətli ölkədir: “Qarşıdakı günlərdə Azərbaycanda siyasi məsləhətləşmələrimiz olacaq. Ondan sonrakı dövrdə Azərbaycanda Şimali Kipr Türk Cümhuriyyətinin tanıdılması ilə bağlı tədbir keçiriləcək. Bu tədbir Azərbaycandakı qardaşlarımızla ŞKTC-də olan qardaşlarımız arasında gəliş-gedişin artması yönündədir”.