Rəqəmlərə nəzər salaq:
Ölkədə 1 Gbit/s sürəti dəstəkləyən infrastruktur artıq qurulub. Dövlət və özəl provayderlərin GPON şəbəkəsi 4 milyon təsərrüfatdan çoxu əhatə edir.
Buna baxmayaraq, ölkədəki ~200 provayderdən yalnız 3-ü orta 150 Mbit/s-dən yuxarı sürət təqdim edir. Əksəriyyət hələ də 50–100 Mbit/s ilə kifayətlənir.
İstehlakçı davranışı isə tam əks istiqamətdə gedir: hər 3 abunəçidən 2-si (1,5 milyon nəfər) artıq 100 Mbit/s–1 Gbit/s aralığında internetdən istifadə edir, 1 Gbit/s-dən yuxarı paketə keçənlərin sayı son 2 ildə 22 dəfə artıb.
Sual sadədir: infrastruktur hazırdırsa, niyə istifadəçi hələ də köhnə sürətlərə məhkumdur?
Mənim təklifim:
- Başlanğıc paket sürətini 2,5–3 dəfə artırmaq (100 Mbit/s əvəzinə 250–300 Mbit/s)
- Mbit/s başına qiyməti ən azı 2 dəfə azaltmaq (25 qəpik əvəzinə 11–12 qəpik)
“Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası”nın sədri Elvin Abbasov
visiontv.az