Azərbaycanda Genişzolaqlı İnternetin sürətində müsbət dinamika davam edir
Azərbaycanda Genişzolaqlı İnternetin sürətində müsbət dinamika davam edir
17.04.2025 Elvin ABBASOV Tərəfindən

Genişzolaqlı və mobil şəbəkə təhlilləri üzrə qlobal şirkət olan “Ookla”nın mart ayı üzrə hesabatına əsasən, Azərbaycanda genişzolaqlı internetin sürəti son 12 ay ərzində əhəmiyyətli dərəcədə artaraq orta hesabla 73,60 Mbit/s-ə çatmışdır. Bu, illik sürətin 92% artımı deməkdir. Qeyd edim ki, ötən ilin mart ayında bu göstərici 38.32 Mbit/s idi.

Bu dinamikanın əsas səbəbi “Onlayn Azərbaycan” layihəsidir. Xatırladım ki, lahiyə müddətində ölkə üzrə ev və biznes təssərüfatlarının genişzolaqlı internetə çıxışı 13 dəfə artırlıb və 230 mindən 4 il ərzində 3 milyona çatdırılıb.

Əlavə olaraq, qeyd edim ki, “Aztelekom” “Ookla” tərəfindən ölkəninz ən sürətli internet provayderi seçilib və “İDATE” tərəfindən “Ev Təsərrüfatlarının Genişzolaqlı İnternetə Qoşulmasının İnkişafı ilə Bağlı Ən Yaxşı Təcrübə” mükafatına layiq görülüb. Hər iki mükafat ölkə tarixində ilk dəfə yerli şirkətə təqdim edilib.

Bir bunu deyən yazı "Fixed Broadband Rank 91 -1 Download 73.60 Mbps Latency Upload 74.09 Mbps 90 5 ms 60 30 6 6 3 o 03/2024 03 2024 03/2025 03 2025" şəkili ola bilər

Elvin Abbasov

visiontv.az