Bələdiyyə seçkiləri 118 seçki dairəsində keçiriləcək.
Visiontv.az APA-ya istinadən xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.
MSK sədri bildirib ki, 685 bələdiyyə üzrə 118 dairədə səsvermə keçiriləcək: "Bunlardan 7 dairə məcburi köçkün dairələridir. Şübhəsiz ki, növbəti bələdiyyə seçkiləri bütün dairələrdə keçiriləcək”.