Bununla bağlı, İranın yol və şəhərsalma naziri Fərzanə Sadiqin Bakıda WUF13 (Ümumdünya Şəhərsalma Forumu) çərçivəsində keçirilən nazirlərin dəyirmi masasının iştirakçılarına müraciətində deyilir.
Sözügedən müraciəti İranın yol və şəhərsalma nazirinin şəhərsalma və memarlıq üzrə müavini Qulamrza Kazemian oxuyub.
İran WUF13-ü yüksək səviyyədə təşkil etdiyinə görə Azərbaycan dövlətinə minnətdarlığını ifadə edib.
Müraciətdə qeyd olunub ki, İranda müharibə nəticəsində kritik infrastruktura, əsasən körpülərə, yollara zərər dəyib, çox sayda insan evsiz qalıb.
O qeyd edib ki, bu gün İran iqtisadi inkişafa əngəl olan böyük itkilərlə üz-üzədir: “Hazırda həmin ərazilərin bərpası istiqamətində çalışırıq”.
visiontv.az