Azərbaycan və İran arasında neft-kimya tranziti üzrə əməkdaşlıq müzakirə edilib
13.09.2025

İran və Azərbaycan arasında neft-kimya sektorunda tranzit əməkdaşlığının inkişafı üçün geniş potensial mövcuddur. Bu barədə “ADY Express” şirkətinin Biznesin İnkişafı və Marketinq bölməsinin rəhbəri Baba Abbasov Tehranda keçirilən 19-cu “IranPlast” sərgisi çərçivəsində çıxışı zamanı bildirib.

Abbasov qeyd edib ki, sərgidə iştirakının əsas məqsədi İranın neft-kimya, kimya və polimer məhsulları sahəsində fəaliyyət göstərən istehsalçıları ilə tanış olmaq və əməkdaşlıq imkanlarını araşdırmaqdır.

Onun sözlərinə görə, “ADY Express” beynəlxalq dəmir yolu nəqliyyatı üzrə xidmətlər təqdim edir və Azərbaycan İran istehsalçıları üçün bu marşrutu açmağa hazırdır.

Abbasov sonda “ADY Express”in İran şirkətləri ilə dəmir yolu daşımaları sahəsində əməkdaşlığı alqışladığını deyərək vurğulayıb ki, bu istiqamətdəki addımlar bölgədə ticarət əlaqələrinin inkişafına töhfə verəcək.

visiontv.az