Polis əməkdaşının odlu silahdan istifadəsi “Polis haqqında” Qanunun 26-cı maddəsi ilə tənzimlənir. Qanunvericiliyə əsasən polisin ixtiyarına xüsusi vasitələr verilir ki, bunlar dəyənəklər, əl-qolu bağlama vasitələri, xüsusi təyinatlı gözyaşardıcı qazlar, rezin güllələr, suatan vasitələr, nəqliyyatın məcburi dayandırma vasitələridir. Həmçinin zəruri hallarda istifadə üçün polis əməkdaşının sərəncamında odlu silah da olur.
Polis əməkdaşı həmin odlu silahdan hansı hallarda istifadə edə bilər?
Polis əməkdaşı birbaşa atəş aça bilər, yoxsa xəbərdarlıq etməlidir?
“Polis haqqında” Qanunun 27-ci maddəsində xüsusi vasitələrin və odlu silahın tətbiqi ilə bağlı polis əməkdaşının vəzifələri qeyd olunub. Qanun deyir ki, odlu silahla basqın və ya silahlı müqavimət istisna olmaqla polis əməkdaşı insanların toplaşdığı yerlərdə kənar şəxslərin zərər çəkə biləcəyi hallarda odlu silah tətbiq etməməlidir. Həmçinin qadınlar, azyaşlılar, yanında azyaşlı olan şəxslər, əlil və digər fiziki və psixi qüsurları aşkar bəlli olan insanlara qarşı da odlu silah, fiziki qüvvə və xüsusi vasitələr tətbiq olunmamalıdır.
Xəbərdarlıq: Polis əməkdaşı odlu silahı tətbiq etmədən öncə şifahi xəbərdarlıq etməli, ya da xəbərdarlıq atəşi açmalıdır. İstisna hallarda xəbərdarlıq etmədən odlu silahdan istifadə edə bilər.
Ümumiyyətlə isə qanun tələb edir ki, fiziki qüvvənin, xüsusi vasitələrin və ya odlu silahın tam zəruri hallarda tətbiqi yaranmış təhlükəyə mütənasib olmalıdır. Yalnız real təhlükənin qarşısı alınarkən odlu silah tətbiq edilə bilər.
Visiontv.az