Pekində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Çin Xalq Respublikasının Sədri Si Cinpinin arasında “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat”ı imzalanıb.
- Ümumvətəndaş pasportlarına malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş imzalanıb.
- Humanitar minatəmizləmə sahəsində əməkdaşlığın möhkəmləndirilməsinə dair Anlaşma Memorandumu ;
- Cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında Müqavilə;
- Texniki-iqtisadi əməkdaşlıq haqqında Saziş ;
- Kosmosda əməkdaşlıq və kosmik fəzadan dinc məqsədlər üçün istifadə haqqında Anlaşma Memorandumu ;
- Elm və texnologiya sahələrində əməkdaşlıq haqqında Protokol ;
- Ədliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu ;
- 2025-2029-cu illər üzrə mədəni əməkdaşlıq haqqında Protokol ;
- İki ölkə arasında Əqli Mülkiyyət müdafiəsi haqqında Anlaşma Memorandumu ;
- Dövlət Neft Fondu ilə Çinin İnvestisiya Korporasiyası arasında Anlaşma Memorandumu ;
- “Bir kəmər, bir yol” təşəbbüsünün birgə təşviqi üzrə Əməkdaşlıq Planı ;
- Yaşıl və aşağı karbonlu inkişaf əməkdaşlığına dair Anlaşma Memorandumu ;
- Sənaye sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu ;
- Beynəlxalq multimodal daşımalar haqqında Saziş ;
- Maneəsiz ticarət üzrə ikitərəfli əməkdaşlığın dərinləşdirilməsinə dair Anlaşma Memorandumu ;
- Rəqəmsal iqtisadiyyatda investisiya əməkdaşlığının gücləndirilməsi haqqında Anlaşma Memorandumu ;
- Azərbaycan Dövlət İnformasiya Agentliyi ilə Sinxua İnformasiya Agentliyi arasında xəbər mübadiləsi və əməkdaşlıq haqqında müqavilə ;
- Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti ilə Çin Media Qrupu arasında Əməkdaşlıq Sazişi ;
- Rəqəmsal iqtisadiyyat üzrə əməkdaşlığın gücləndirilməsinə dair Anlaşma Memorandumu ;
- Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhəri ilə Çin Xalq Respublikasının Sincan-Uyğur Muxtar Rayonunun Urumçi şəhəri arasında qardaşlaşmış şəhər münasibətlərinin qurulmasına dair Niyyət Məktubu imzalanmışdır.
Yeganə Hacıyeva
visiontv.az