Avropa mədəniyyətsizliyi!
05.02.2024

Bu gün bütün ucalıqlar bizimdir.

Ala-ala gedirik! 

Ala-ala qayıdırıq! Ayaqlarımızı rahat uzadırıq! Daha bükülmürük!

YA QARABAĞ YA ÖLÜM nidası ilə HAÇALANMIŞ dilimizə görə də dilçəyimiz var! 

Avropanın  qutu "PARLAMENT" ini də cibimizdə gəzdiririk. ZİYANINI BİLƏ-BİLƏ! Çünki kişiyik, inadkarıq. Və bu düz-tərsliyimizi də "tərgitmək" kimi planımız da yoxdur! Tüstümüzdə boğuruq bizi gözü götürməyənləri! Real vəziyyət belədir.

İçimiz də, çölümüz də deyəsən ancaq avropalıları yandırır!! Əyər vərdiş etmişiksə öz bildiyimizi etməyə(çünki başqaları heç nə etmədi), mən bunu ziyanlı da hesab etmirəm. Torpaqlarımızı geri qaytarmağın "əsəri" gəldi. Getdik, aldıq, qaytardıq!  Bir ailə kimi. "BÖYÜYÜMÜZ NƏ DEDİ, O DA OLDU"

İndi santimetrinə qədər Qarabağ Azərbaycandır-NİDA-!!!!.
Bundan sonra bütün qərarları sözün hər mənasında "BÜTÖVLÜKDƏ" özümüz veririk. Azərbaycan adına!
İfadə tərzimizi dəyişib, daha "ağır çəkili" olmuşuq. İndi tərz-mərz dəbdə deyil. Və biz də Avropa Assambleya podiumuna köçkün, nimdaş paltarda, ağlağan xalq kimi də çıxası deyilik! Azərbaycanın ifadə TONU var! ÇOX AĞIRIQ AVROPA  ÜÇÜN!  "Çətin yerimizdən tərpədə bilələr", bundan sonra bizi! Azərbaycan övladları ANANI(vətəni) seçib. Heç bir  məhkəmənin isə, balanı andan ayırmağa ixtiyarı yoxdur və heç kim də bizə "qırmızı kart" göstərib zaldan(meydandan) qova bilməz! Həddi-buluğa çatmışıq, UŞAQ DEYİLİK ARTIQ!   SEÇİM AZƏRBAYCANINDIR!

  Heç kimin qapısı ağzına ləçək, papaq atıb, bizimlə bağlı hansı qərarın qəbul edilib-edilməməsini gözləmirik! İstər ABŞ ın (n)əhəng daşlı AĞ EVİ, istərsə də Fransanın BURBON sarayında məst olub, az qala GEY KLUBA çevrilmiş   Emmanuelçilər məclisi olsun, bizi haqq yolundan çıxara, ananı balanın üzünə durmağa vadar edə bilməz! Qısası, bu dəfə bizim "anamızı ağlada" bilməyəcəklər!  

Düz gedirik. Haqqın yolundan hər səfərdə iki-üç satlıq  uçuş vaxtı kəsib,  hövsələmizin, səbrimizin yolunu qısaldırdılar! Sonda "kəsə yol" seçdik-MÜHARİBƏ!Elə ona görə də Avropa birliyi yox, ikiüzlülüyü AZƏRBAYCAN BİRLİYİNƏ UDUZDU! 

Makron indi Şuşada, Xankəndində bizim havamızı, "HEYVAGÜLÜ"nü oynamalı idi! Paşinyanla "MAYGÜLİ" yox! Svab(ra)e isə illərlə ortalığa çıxarılan qətnamələri "silib atmamalı" idi! Biz Avropaya inanırdıq!! Ümidimiz Ukrayna xarabalıqlarından çıxan "YAŞASIN AZƏRBAYCAN" xırıltısına qalmamlı idi. 

 MİXAYLONUN RUHU QƏNİM OLSUN AVROPALILARA!  O, AVROPADA İNSAN HAQLARI ÜÇÜN VURUŞMUŞDU! Meşədə "paradodaq" dovşanların müdafiəsinə görə ayağa qalxmamışdı! Avropa onun uğrunda döyüşənlərə belə, həmişə KARANTİlik edib, arxadan vurub! 1941-1945  ZAMANININ ÇOX MEHDİSİ OLUB!  Bəlkə Hüseynzadənin  vuruşduqlarının içində Şvabenin faşist babası da var idi! Nə bilmək olar! 

Biz hər yerdə ədalətin bərqərar olmasını tələb etmişik. Bu ədalətdən də özümüzə bir "pay" istəmişik! Öz payımızı, torpağımızı! Almadılar, vermədilər! AZƏRBAYCAN ÖZ BALALARININ QURBANI BAHASINA ALDI, İŞĞALDAN AZAD ETDİ TORPAQLARINI!

Qərb gözündə biz, hələ də vaqonların altından çıxmamalı, yataqxanalarda gecələməli, çadırlarda sürünməli, " second hand"dən geyinməli idik. 
Üzüldülər bizim qələbəmizə!  Biz də üzüldük!  Bildik ki, Fransanın "Zəfər tağı"  KÖKÜNDƏN zaydır və bircə dəfə də olsun, haqqın bərpası üçün "məhsuldar"lığının şahidi olmadıq firənglərin! Nə də digər avropalıların!

Fransa ətri isə doğrudan da,  TUALET SUYUNDAN(tualetnaya voda) başqa bir şey deyilmiş! 
Bu monyak "parfümer"in bizə niyyəti tam bəlli oldu! Allah bilir, hansı qaranlığa çəkəcəkmiş bizi?!

Ayıldıq. Az "Cırtdan Dövləti"  Eyfel(matallolom) işiğı tərəfə çəkib, müstəmləkəyə çevirməyib, Fransa! 
Üstü açıldı, ayıbı göz qabağındadır Avropanın!
Heç də gözəl deyilmişsiniz!

EYBƏCƏRLƏR!

Rəşad Agayev

Visiontv.az