Avropa İttifaqı Şurasının keçmiş rəhbəri Mişel fon der Lyayenin Rusiya, Çin və Türkiyənin Avropaya mənfi təsiri barədə dediyi sözlərə cavab verib.
Mişel Türkiyənin əhəmiyyətini vurğulayaraq aşağıdakı amilləri qeyd edib:
Türkiyə NATO-nun əsas müttəfiqidir;
Miqrasiya məsələləri üzrə mühüm tərəfdaşdır;
Enerji dəhlizidir;
Avropanın müdafiə sektorunda böyük oyunçudur;
Və ciddi regional dövlətdir.
“Avropa ikili standartlar tətbiq etməklə və ya reallığı bəsitləşdirməklə güclənməyəcək” - deyə o bildirib.
visiontv.az