Amerika - İran qarşıdurması təkcə Yaxın Şərqi silkələmir. Bu müharibə Moskvaya yeni fürsət yaradıb.
Cənubi Qafqaz artıq lokal region deyil. Böyük güclərin açıq və gizli rəqabət meydanına çevrilib.
ABŞ-da fəaliyyət göstərən nüfuzlu beyin mərkəzi – Center for European Policy Analysis analitiki Fuad Şahbazov yazır ki, Rusiya İran ətrafında yaranmış vəziyyətdən istifadə edərək regionda itirdiyi mövqeləri geri qaytarmağa çalışır.
Qərb analitikləri də eyni fikirdədir:
“America’s adversaries surely see the Iran war as a reciprocal opportunity”
yəni ABŞ-ın rəqibləri bu müharibəni fürsət kimi görür.
Başqa bir vacib vurğu:
“The Iran war will have long-lasting geopolitical consequences”
yəni bu müharibə uzunmüddətli nəticələr doğuracaq.
Və ən önəmlisi:
“Promising prospects have emerged amid the Iran crisis”
yəni İran böhranı fonunda yeni imkanlar yaranıb.
Bu imkanlardan istifadə etmək istəyən əsas güclərdən biri də Rusiyadır.
Moskva artıq əvvəlki kimi tankla yox, başqa yollarla gəlir:
iqtisadi təsir, enerji rıçaqları, diplomatik təzyiq.
Bu isə daha təhlükəlidir.
Çünki Azərbaycan artıq sadəcə region ölkəsi deyil.
O, Şərqlə Qərbi birləşdirən strateji qovşaqdır.
Məhz buna görə təzyiq də artır.
Amma bir reallıq da var.
Azərbaycan son illərdə elə bir xarici siyasət qurub ki, bu cür çoxqatlı təzyiqlərə baxmayaraq öz kursunu qorumağı bacarır.
Digər tərəfdən, ABŞ-ın Cənubi Qafqazı Rusiyaya buraxması real görünmür.
Eyni zamanda, Qərbin dəstəklədiyi nəqliyyat layihələrinin Moskvanın nəzarətinə keçməsi də mümkünsüzə yaxındır.
Yəni vəziyyət mürəkkəbdir, amma çıxılmaz deyil.
Əsas məsələ balansı qorumaqdır.
Və görünən odur ki, Bakı artıq bu oyunun passiv tərəfi deyil.
Elbəyi Həsənli
visiontv.az