İranın keçmiş prezidenti İbrahim Rəisinin ofisinin keçmiş müavini Mehdi Mücahid TRIPP layihəsinin (Zəngəzur dəhlizinin) həyata keçirilməsinə etiraz edərək Araz dəhlizini İranın şimalındakı əsas geosiyasi üstünlük və ölkənin qırmızı xətti adlandırıb.
Mücahid “X” hesabındakı paylaşımında iddia edib ki, İranın son günlərdə nümayiş etdirdiyi passiv və zəif mövqedən istifadə edilərək TRIPP layihəsi Ermənistan parlamentində təsdiqlənib. O, həmçinin layihənin ABŞ-nin 74 faiz paya sahib olduğu və 49 illik icarə müqaviləsi nəzərdə tutan podratçı ilə icra müqaviləsinin imzalanması mərhələsinə çatdığını bildirib.
“Əgər cənubdakı Hörmüz boğazı İranın geosiyasi üstünlüyüdürsə və biz onu qorumaq üçün doqquz aydır mübarizə aparırıqsa, Araz dəhlizi də şübhəsiz ki, İranın şimalda və Xəzər bölgəsində qəti üstünlüyüdür. Onun təhlükəsizlik və strateji əhəmiyyəti o qədər də uzaq olmayan gələcəkdə aydın olacaq. Ölkənin bu qırmızı xəttini gözardı etmək olmaz”, – deyə o yazıb.
visiontv.az