Amerika Federal Aviasiya Administrasiyasının keçmiş podratçısı, İran əsilli 42 yaşlı Abuzər Rəhməti İran hökumətinin təhlükəsizlik və kəşfiyyat qurumlarının xeyrinə agentilik, Amerikaya qarşı fəaliyyət etdiyini etiraf edib.
Bu barədə Amerika Ədliyyə Nazirliyi məlumat yayıb.
Ədliyyə Nazirliyinin aprelin 16-da yaydığı bəyanata görə, Rəhməti ən azı 2017-ci ilin dekabrından 2024-cü ilin iyun ayına qədər İranın dövlət rəsmiləri və kəşfiyyat agentləri ilə əlaqə saxlayıb, Amerikada sui-qəsd təşkil etmək üçün onlarla birgə plan qurub.
Bildirilib ki, Əbuzər Rəhməti İran kəşfiyyat orqanlarına əhəmiyyətli məlumatlar ötürmək üçün saxta civi və yalan məlumatlarla podratçı qismində Amerikada işə götürülməyə nail olub.
"İranlı casus 2017-ci ildə İran təhlükəsizlik xidmətində işləmiş üksək rütbəli məmurla əlaqəyə girdikdən 4 ay sonra İrana səfər edib.
Orada İran təhlükəsizlik təşkilatı ilə əməkdaşlıq barədə razılaşdıqdan sonra Amerikaya qayıdıb, Amerikadanın günəş enerjisi sənayesi ilə bağlı həssas məlumatları əldə edib və İran hökumətinin rəsmisinə çatdırıb",- Ədliyyə Nazirliyinin məlumatda deyilir.
Həmçinin bildirilib ki, Əbuzər Rəhməti 2009-2010-cu illərdə SEPAG-da zabit kimi fəaliyyət göstərsə də, Amerikaya mühacirət etdikdə bu faktı gizlədib və əlaqədar dövlət qurumlarına məlumat verməyib.
Amerikanın Ədliyyə Nazirliyinin məlumatına əsasən Əbuzər Rəhməti yenidən İrana səfər edib və 2022-ci ilin may ayında Amerikaya geri qayıtdıqdan sonra ölkənin günəş enerjisi, günəş panelləri, Amerika hava limanları və Amerika hava hərəkətinə nəzarət qüllələri haqqında ətraflı məlumat toplamağa başlayıb.
O, İranda olduğu vaxt qardaşını da bu işə cəlb edib və topladığı məlumatları onun vasitəsilə İranın təhlükəsizlik və kəşfiyyat məmurlarına çatdırıb.
Məhkəmə Əbuzər Rəhmətibarəsində avqustun 26-da qərar verəcək.
Qanuna əsasən, onu xarici hökumətin agenti kimi fəaliyyətə görə maksimum 10 il, sui-qəsddə təşəbbüsə görə isə 5 ilə qədər həbs cəzası gözləyir.
visiontv.az