ABŞ təyyarələrinin Ermənistana uçuşları İranı narahat edir
10.02.2026

“Rokna” xəbər saytı yazıb ki, son günlərdə ABŞ hərbi nəqliyyat təyyarələrinin Ermənistana çoxsaylı uçuşları diqqət çəkib.

Məlumata görə, bu uçuşlar ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vensin bu gün Ermənistana planlaşdırılmış səfərinə hazırlıq məqsədilə həyata keçirilir.

Qeyd olunub ki, son bir həftə ərzində Ermənistan hava məkanına şübhəli xarakterli hərbi uçuşlar müşahidə olunub. Onlar arasında ABŞ Hərbi Hava Qüvvələrinə məxsus MC-130J “Commando II” kimi tanınan xüsusi əməliyyat nəqliyyat təyyarəsi və ən azı 20 ədəd C-17 hərbi nəqliyyat təyyarəsi var.

visiontv.az