ABŞ Maliyyə Nazirliyi Honq-Konq və BƏƏ-də fəaliyyət göstərən dörd iranlı və 12 şirkətə qarşı sanksiya tətbiq edib. Onlar İran neftinin satışından 100 milyon dollardan çox kriptovalyuta köçürməkdə ittiham olunurlar.
Nazirliyin məlumatına görə, sanksiya siyahısındakı şəxslərdən ikisi – Araş Estaki Əlivənd və Əlirza Deraxşan – SEPAH və İran Müdafiə Nazirliyi ilə əlaqəli fəaliyyət göstəriblər. Digər iki nəfər isə BƏƏ-dəki “Alpa Trading - FZCO” şirkəti ilə bağlı olduqları üçün cəzalandırılıb.
Vaşinqton bildirir ki, bu addım İran hökuməti və ordusunun kriptovalyuta vasitəsilə maliyyələşdirilməsinin qarşısını almağa yönəlib.
visiontv.az