10 oktyabr Yanğınsöndürənlərin Peşə Bayramıdır..
10 oktyabr Yanğınsöndürənlərin Peşə Bayramıdır..
10.10.2022 MEDİA Tərəfindən

Tarixdə bu gün: 10 oktyabr Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır? Qısaca nəzər salaq:

2002-ci il oktyabr ayının 5-də prezident Heydər Əliyev hər il oktyabr ayının 10-nun Yanğınsöndürənlərin peşə bayramı günü kimi qeyd olunması haqqında Sərəncam imzalayıb. Həmin tarixdən etibarən hər il oktyabrın 10-u yanğınsöndürənlərin peşə bayramı kimi qeyd olunur. 

10 oktybar 1986-cı ildə Salvadorda baş verən 7,5 bal gücündə zəlzələ zamanı 1500 nəfər həyatını itirdi.  2015-ci ilin 10 oktyabrında Türkiyənin paytaxtı Ankarada keçirilən Əmək, Sülh, Demokratiya mitinqi ərəfəsində 2 ayrı-ayrı partlayış oldu: 102 adam həyatını itirdi, 391 nəfər yaralandı.10 oktyabr 2017-ci ildə Amerika Birləşmiş Ştatları Türkiyə vətəndaşlarının viza müraciətlərini qəbul etməyincə Türkiyə də cavab olaraq ABŞ vətəndaşlarının viza müraciətlərini təxirə saldı.

                                              10 oktyabrda həm də bu tarixi şəxsiyyətlər xatırlanır

Dünya musiqi mədəniyyətinin görkəmli nümayəndələrindən biri, məhşur İtaliya bəstəkarı Cüzeppe Verdi (Giuseppe Verdi) 1813-cü ilin bu günü anadan olub.15 yaşından yaradıcılığa başlayan Cüzeppenin 26 yaşında (1839) “Oberto” adlı operası tamaşaya qoyulub.Cüzeppe Verdinin “Aida”, “Traviata”, “Roqoletto” operaları dünya səhnələrində bu gün də uğurla nümayiş etdirilir. Norveç səyyahı, okeanoqraf, ictimai xadim Frityof Nansen (Fridtjof Nansen) 1861-ci ilin 10 oktyabrında dünyaya gəlib.Nansen 1888-ci ildə ilk dəfə xizəklə Qrenlandiyanın cənubundan keçib. “Buzlar arasında hərəkət edən gəmi ilə Şimal qütbünə çatmaq” layihəsini ilk dəfə o irəli sürüb və həyata keçirib. Alim 1922-ci ildə Nobel mükafatına layiq görülüb. 

Azərbaycanda ərəbşünaslığın banilərindən olan Ələsgər Məmmədov 1919-cu ilin bu günü Bakıda anadan olub.Azərbaycan Pedoqoji İnstitutu və Xarici Dillər İnstitutunun Şərqünaslıq fakültəsini bitirib. Uzun illər alman dili müəllimi və ərəb dili üzrə tərcüməçi işləyən Ə.Məmmədov 1945-1947-ci illərdə SSRİ Xarici İşlər Nazirliyində baş referent vəzifəsində çalışıb. O, 27 yaşından (1946) ömrünün sonunadək ərəb dili qrammatikasının tədrisi ilə məşğul olub və yüksək səviyyəli kadrların hazırlanmasında böyük xidmətlər göstərib.Ələsgər Məmmədov 30-dək ərəb dili dərsliyi və dərs vəsaitinin müəllifidir. Rus dilində yazdığı “Arabskiy yazık” (Арабский язык) dərsliyindən Rusiya, Ukrayna, Özbəkistan və digər ölkələrdə bu gün də istifadə olunur.  Azərbaycanın məşhur dil alimi Nürnberq beynəlxalq hərbi tribunalında alman dilindən tərcüməçilik edib.

 

BÜNYAMİN BÜNYADZADƏ

VİSİONTV.AZ