Florida ştatından Nümayəndələr Palatasına 2 nümayəndə seçilməlidir.
Hal-hazırda Nümayəndələr Palatasında səs nisbəti belədir: 218-respublikaçıl, 214-demokrat. Ümumi olmalı 435 üzvdən 432 üzv var, 3 yer vakantdır. 2 yer uğrunda seçkilər (Florida) 1 apreldə, 1 yer uğrunda seçkilər payızda (Nyu-York) keçiriləcək (Nyu-York adətən dem-lara səs verir deyə, payızda Nümayəndələr Palatasında dem-ların sayının 215-ə çatacağına əmin olmaq olar).
Məsələ odur ki, son Prezident seçkilərində Florida birmənalı olaraq Trampa səs verdi (6 milyon 90 min Trampa, 4 milyon 650 min Harrisə) və 1 apreldəki səsvermə, xalqın Trampın mövcud siyasətindən razı olub olmadığını göstərəcək. 1 aprel srçkiləri müəyyən dərəcədə indikator olacaq.
Əgər 1 apreldə demokratlar qazansa, deməli hələ də xalqı ayıltmaq şansları var. Yox, əgər floridalılar yenidən respublikaçılara səs versələr, deməli vəziyyət təsəvvür etdiyimizdən də bərbaddır.
Kamran Cəfərov
visiontv.az