Böyük Kirin dünya imperiyası layihəsi, qlobal oliqarxiyanın kristallaşma nöqtəsidir. Aşşur, Babil və Finikiya oliqarxik klanları Kirdə təkcə öz elit birliyini deyil, həm də eyni dərəcədə qlobal genişlənmə vektorunu tapdılar. Bu gələcəyə baxan, həqiqətən inanılmaz ambisiyaları olan qlobal oliqarxiya idi. Bu ambisiyalar, bir güllə də atmadan Babili fəth edən və artıq Misirə qarşı yürüşə hazırlaşan Böyük Kirin nümayiş etdirdiyi kimi, mümkün olandan daha çox idi. Lakin, qədim Aşşur və Babil klanlarının önündəki əsas əngəl Nabukednezzar dövründən sarayda kök salmış yəhudi elitası idi. Babilin maliyyə, ticarət və bürokratik pillələrində Peyğəmbər Daniel (Daniel peyğəmbər özü soylu bir ailənin övladı idi) sayəsində güc yəhudilərin əlində toplanmışdı. Ayrıca, Böyük Kirin Misiri fəth etmək layihəsi İsrail Layihəsini yaratmış oldu. Lakin, İsrail Layihəsi daxilində, Babil oliqarxiyasına və Finikiyanın imperiya ambisiyalarına əsaslanaraq, zamanla özünün eksklüziv layihəsi yetkinləşdi. Həmçinin, üçüncü əsrə qədər Karfagen artıq qlobal genişlənmə üçün güclü bir semit forpostuna çevrilmişdi.
E.Ə. 5-ci və 3-cü əsrlərdə yəhudi elitası müqəddəs mətnlər üzərində işləməyə davam edərkən, artıq öz ekspansionist planlarını inkişaf etdirməyə qadir idi. Bu arada, Babilin yəhudi elitası bu dövrdə Finikiya, Assuriya və Babil oliqarxiyalarının çoxmədəniyyətli birləşməsini effektiv şəkildə təmsil edirdi. Kirin isə öz hədəfləri vardı. Kir Misiri fəth etməyi hədəfləyirdi və Yerusəlim bu baxımdan strateji mövqe tuturdu. Yəhudilər Kirin rəğbətini qazanırdılar. Kir onlara pul verir və onları istehkamlı şəhəri bərpa etmək kimi xüsusi bir missiya ilə Yerusəlimə göndərirdi. Yeri gəlmişkən bir nüansıda qeyd edim ki, Əhəməni sarayındakı xüsusilə Artakserks dövründə Aşşur və Babil siyasi mirasına sahib çıxan və yəhudiləri imperiyadan xilas etməyə çalışan (misal üçün Əhdi-Ətiqdə adı keçən Haman) qrup formalaşmışdı. Aşşur oliqarxik klanı gücü əlində saxlamağa müvəffəq olmuşdu. Qədim, imperiyadan əvvəlki Aşşurda kral şəhər məclisinin sədri və ən nüfuzlu oliqarxik ailələrin icraçı direktoru kimi xidmət edirdi ki, əsl güc onlarda idi.
Kir yəhudiləri azad etməklə əsas hədəfi olan Misirə fokslanırdı. Möhkəmləndirilmiş Qüds/Yerusəlim bazası və Finikiya donanması (Kir də onu azad edir) onun təşəbbüsünün əsasını təşkil edir. Və məhz bu layihə ilə əlaqədar olaraq, Kir yəhudilərə və Finikiyalılara Misirə qarşı Fars ordusu üçün körpü başlığı hazırlamaq kimi vacib geosiyasi vəzifə qoyur.
Və məhz bu şəkildə, Finikiya donanması və Qüds körpü başlığından istifadə edərək, Misir Kirin oğlu Kambis tərəfindən fəth ediləcək. Kambisin ordusu Qüdsdən keçərək Misirə doğru yürüş edir, Finikiya donanması Nilə girəcək və bununla da onlar farsların uğurunu təmin edəcəkdilər. Misir elitasının öz daxilindəki xəyanət də uğura kömək edəcək. Misir dəniz qüvvələrinin komandanı Ujagorresent, Finikiya donanmasının Nil Deltasına maneəsiz girməsinə icazə verəcək.
Bu son məqamı vurğulamaq MƏNİM ÜÇÜN vacibdir. Çünki bu bilgilər tarixçilər tərəfindən yazılmır və gözardı edilir. Beləliklə, Misir zadəganlarının bir hissəsi, xüsusən də kahinlər, fironun orduya əsaslanan yeganə gücünün güclənməsindən narazı qalaraq, farsların etibar edə biləcəyi hökumət əleyhinə bir fikir ayrılığı yaratmışdılar. Üstəlik, bütün bunlar o dövrdə hökm sürən geosiyasi intriqanın səviyyəsini nümayiş etdirir. Gördüyümüz kimi, dünya artıq həqiqətən qloballaşmışdı və milli elitalar korrupsiyalaşmışdılar.
Pərviz Əliyev
visiontv.az