Siyasi məhbusların həyatı təhlükədədir
04.03.2026

ABŞ və İsrailin İrana hücumu fonunda Tehran hökumətinin siyasi məhbusları edam edəcəyi barədə narahatlıqları artırıb.

Bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Bildirilib ki, İran hökuməti yaranmış vəziyyətdən və ictimaiyyətin fikrinin müharibəyə yönəlməsindən istifadə edərək müxaliflərin aradan götürülməsi hallarını sürətləndirə bilər.

Beynəlxalq insan haqları təşkilatları və fəalları siyas məhbusların vəziyyətini diqqətdə saxlanmağa çağırılıb.

Qeyd olunub ki, İran hökuməti bundan əvvəl, İran-İraq müharibəsinin başlaması və bitməsi dövründə də minlərlə siyasi məhbusun həyatına son qoyub:

"Bu təcrübənin yenidən yaşanacağı barədə nigəranlıqları artırıb, rejimin yeni repressiyaları və cinayətlərinin qarşısını almaq üçün insan haqları fəallarının məsələni daima diqqətdə saxlaması vacibdir".

visiontv.az