Visiontv.az xəbər portalı təltif edilib - FOTOLAR

Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin təşkilatçılığı ilə Milli Mətbuatın 146-cı ildönümü münasibəti ilə 44 günlük Vətən müharibəsində xüsusi fədakarlıq göstərmiş jurnalistlərin mükafatlandırılması mərasimi keçirildi.

21.07.2021
Qubadlı və Laçında yeni hərbi hissələr fəaliyyətə başladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı altında xalqımızın ədalət savaşı ta­rixi zəfərlə başa çatdıqdan sonra dövlət başçısının tapşırığına əsasən işğaldan azad olunmuş ərazilərdə zəruri sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradılması üzrə kompleks tədbirlər davam etdirilir. Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən Visiontv.az-a bildirilib ki, iyul ayının 8-də Qubadlı və Laçın rayonları ərazisində DSX-nin 2 yeni hərbi hissəsi xidməti istifadəyə verilib.

09.07.2021
20 yaşlı şəhidimiz dəfn olundu - FOTOLAR

Vətən müharibəsində iştirak edən 20 yaşlı İmanov Məmmədağa İqab oğlu 04.04.2001-ci ildə Neftçala rayonunda anadan olub. 09.10.2020-ci ildə Xocavand rayonu uğrunda gedən döyüşlərdə şəhid olub. Şəhidin nəşi bu gün Neftçala şəhər qəbiristanlığında torpağa tapşırılıb.

01.06.2021
Hərbi Qənimətlər Parkından maraqlı FOTOREPORTAJ

44 günlük Vətən müharibəsini əks etdirən Hərbi Qənimətlər Parkı açıldığı gündən kütləvi tamaşaçı marağına səbəb olub.

26.04.2021
Şamaxıda ilk dəfə çörəkotu bitkisinin əkininə başlanılıb - FOTOLAR

Xaricdə yaşayan həmvətənimiz Ariz Zeynalov Kənd Təsərrüfatı Nazirliyinin sosial media hesabına yazaraq bu sahəyə maraq göstərdiyini və əkin üçün lazım olacaq dəstəyini ifadə edib. Müvafiq məsələlər üzrə Nazirliyin tabeli qurumu olan “Aqroservis” ASC tərəfindən dərhal təklifə operativ reaksiya verilib. 

19.04.2021
Prezident açılışda - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 19-da Bakının Suraxanı rayonunda “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin (ASC) yenidən qurulan 220/110/10 kilovoltluq “Hövsan” yarımstansiyasının açılışında iştirak edib. Visiontv.az xəbər verir ki, dövlət başçısı, həmçinin məsafədən idarə olunan SCADA Dispetçer sistemi vasitəsilə 110/35/6 kilovoltluq “Maştağa” yarımstansiyasının yenidənqurmadan sonra açılışını edib.

19.04.2021
"Zəfər yolu"nun inşası sürətlə davam etdirilir - FOTOLAR

Şuşanın düşməndən azad edilməsinin mənəvi rəmzi olan “Zəfər yolu”nun dövlətimizin başçısının tapşırıq və sərəncamına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən genişləndirilərək inşası davam etdirilir. AAYDA-dan  verilən məlumata görə, ötən il noyabr ayının 16-da, Qələbə günündən 8 gün və Ermənistanın kapitulyasiyasından 6 gün keçəndən sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarına səfəri zamanı təməli qoyulmuş “Zəfər yolu” cəmi 2 ay ərzində genişləndirildi. Qısa müddət ərzində görülmüş işlər nəticəsində yol boyunca gediş-gəliş təmin olundu.

15.04.2021
Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 12-də Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib. Dövlətimizin başçısına parkda nümayiş etdirilən hərbi texnikalar barədə məlumat verilib

12.04.2021