İncirliyə niyə hücum edilməyib?
04.03.2026

Türkiyə regionda İranın hücum etmədiyi yeganə ABŞ (NATO) bazası olan dövlətdir.

Ankara ərəb dövlətlərindən fərqli olaraq rəsmi olaraq öz hava məkanından və İncirlik bazasından İrana qarşı zərbələr endirmək üçün istifadəni qadağan edib.

Prezident Ərdoğan eskalasiyanı dayandırmaq üçün üçtərəfli danışıqlar formatı (Türkiyə-İran-ABŞ) təklif edib. Xarici işlər naziri Hakan Fidan problemin hərbi yolla həllinə qarşı olduqlarını dəfələrlə vurğulayıb, tərəflər arasında dialoqun qurulması və İstanbulda görüşlərin keçirilməsi üçün səy göstərib.

Digər tərəfdəbən, Türkiyədəki bazaya hücum nəzəri olaraq NATO Nizamnaməsinin 5-ci maddəsini işə sala bilər ki, bu da Alyans və İran arasında tammiqyaslı müharibə demək olardı. Tehran ərəb ölkələrindəki bazalara hücum edərkən, Türkiyədəki NATO ilə birbaşa qarşıdurmadan qaçmağa çalışır.

Politoloq Zaur Əliyev

visiontv.az