Orta əsrlərin tanınan Alman alimi Friedrich Christian Franz.
Sizlərə maraqlı bir kitab təqdim edirəm. Müəllifi tanınmış alman pedaqoqu, coğrafiyaşünası və ilahiyyatçısı Friedrich Christian Franz olan, 1792-ci ildə Ştutqartda, Erhard und Löflund çap evi tərəfindən nəşr olunan "Ölkəşünaslıq və Etnoqrafiya Dərsliyi: iki hissədə. İkinci hissə: Asiya , Afrika, Amerika və yeni kəşf edilmiş torpaqlar” kitabı olduqca maraqlı məlumatları özündə əks etdirir.
Müəllif kitabında bizim coğrafiyanı "Aderbeidschan" (Aderbeidjan) adını qeyd edir. Buranı şimalda Gürcüstan və Dağıstan, şərqdə Xəzər dənizi və Gilan, cənubda İraq-ı Əcəm ilə həmsərhəd olduğu göstərir.
Friedrich Christian Franz kitabında azərbaycanlıların cəsur və döyüşkən bir xalq olduğunu, regionun hərbi gücünün əsasını təşkil etdiklərini qeyd edir.Qeyd edim ki, təqdim etdiyim kitab bir səyyah yaxud diplomatın gördüklərinin əks edildiyi əsər deyil, XVIII əsrin sonunda Avropanın güclü dövlətlərindən biri olan Almaniya universitetlərində tədris olunan bir dərslikdir.
Bu o deməkdir ki, o dövrün Avropa elm və təhsili Azərbaycanı konkret sərhədləri, iqtisadiyyatı və mərkəzi şəhəri olan mühüm bir coğrafi vahid kimi tanıyırdı.
Məlumart üçün yazım ki, müəllif dərsliyi yazanda təkcə öz gördüklərini deyil, antik dövr müəlliflərindən tutmuş, öz dövrünün məşhur səyyahlarına qədər hər kəsin məlumatlarıni istinad kimi istifadə edib.
Müəllif konkret olaraq Azərbaycan əhalisini o dövrün terminologiyası ilə türkdilli xalqlara aid olan "Türkmenen" və ya "Tartaren" adı ilə qeyd edir. Friedrich Christian Franz yazır ki, Azərbaycan coğrafiyasında ünsiyyət vasitəsi türk dilidir. Müəllif vurğulayır ki, bu dil fars dilindən fərqlənir və bölgənin özünəməxsus kimliyini təşkil edir.
“Azərbaycan türkcəsi təkcə yerli xalqın deyil, həm də dövrün hərbi elitasının və idarəçilərinin dilidir”- yazan tədqiqatçı qeyd edir ki, əhalinin böyük əksəriyyəti bu dildə danışır.
Müəllif qeyd edir ki, Azərbaycanın sərt qışı və təmiz dağ havası buranın insanlarını daha dözümlü, sağlam və döyüşkən edib. Franzın kitabında Azərbaycan sadəcə bir ad deyil, bura zəngin ticarəti, strateji hərbi gücü, türkdilli cəsur əhalisi və qədim şəhərləri olan mühüm bir coğrafiya olması təsdiq edilir.
Alman alimi Azərbaycan adının və sərhədlərinin tarix boyu sabit qaldığını əminliklə yazaraq xüsusilə vurğulayır ki, bu ad qədim mənbələrdən gəlir və bölgənin özünəməxsus kimliyini əsrlər boyu qoruyub saxlayır.
Kitabda o sözlərini belə formalaşdırır:
"Bura qədim torpaqıdır, cəsur və türkdilli xalqı var, torpağından neft və ipək çıxır, şəhərləri ticarət mərkəzidir və bura bütün imperiyanın ən bərəkətli, lakin hərbi baxımdan ən keçilməz bölgəsidir."
“Azərbaycanın torpaqları o qədər qədimdən bəri münbit və əhəmiyyətlidir ki, bu ərazi həmişə böyük fatehlərin və imperiyaların diqqət mərkəzində olub”-yazan Franz eyni zamanda burda yaşayan ermənilər barədə qeyd edir ki, ermənilər tacir xalqdır:
“Azərbaycanda ermənilər vergi ödəyən və xristian dinini saxlayan bir azlıqdır”
Kitabı tam oxuyaraq ətraflı məlumat əldə etmək olar:
Prof.Dr. Zaur Əliyev
visiontv.az