“Bura İran deyil, Hindistandır” – İnsanlar Xameneiyə yas tutur - VİDEO
04.03.2026

İranın ali rəhbəri Əli Xameneyinin ölümündən sonra Hindistanın şiə icması yas mərasimləri keçirir. Ölkə mediasında bu mərasimlərdən videogörüntülər yayımlanıb.

Məlumata görə, Kəşmirdə də insanlar yürüş təşkil edərək Xameneyinin ölümünə etirazlarını və matəmlərini nümayiş etdiriblər.

Bəzi media qurumları yayımladıqları görüntülərə “Bura İran deyil, Hindistandır” başlığını verərək, Hindistandakı insanların yas tutmasının maraq doğurduğu bildirilib.

Hadisə həm Hindistan daxilində, həm də beynəlxalq mediada geniş maraq doğurub və İslam dünyasında reaksiyalara səbəb olub.

visiontv.az