SEPAH-a yaxınlığı ilə tanınan “Fars News” agentliyi Tehranın İslam Təbliğat Koordinasiya Şurasının rəhbərinə istinadən bildirib ki, Əli Xameneyi ilə vida mərasiminin dəqiq tarixi hələ müəyyən edilməyib.
Açıqlamada vətəndaşlara yayılan şayiələrə inanmamaq çağırışı olunub.
Məlumata görə, İranın mərhum ali rəhbəri Əli Xameneyi fevralın 28-də Tehranda ABŞ və İsrailin birgə hücumu nəticəsində həyatını itirib.
Qeyd olunur ki, hadisədən 88 gün keçməsinə baxmayaraq, dəfn mərasimi ilə bağlı yekun qərar açıqlanmayıb.
visiontv.az