“Bölgə artıq ABŞ bazaları üçün qalxan olmayacaq”
29.05.2026

İranın ali rəhbəri Müctəba Xameneyinin rəsmi “Telegram” kanalında yeni müraciət paylaşılıb.

Müraciətdə qeyd olunur ki, region ölkələrinin əraziləri artıq ABŞ hərbi bazaları üçün “sipər” rolunu oynamamalıdır.

Açıqlamada müsəlman ölkələrinə və dövlətlərinə dostluq və əməkdaşlıq çağırışı edilir və İslam dünyasının problemlərinin birgə həllinin vacibliyi vurğulanır.

Bəyanatda, habelə, bölgədə ABŞ-nin hərbi mövcudluğunun dəyişən balansla üzləşdiyi bildirilir və “əvvəlki statusun” tədricən zəiflədiyi qeyd olunur.

visiontv.az