Tramp öz İran siyasətini Obama dövrü ilə müqayisə edib
30.05.2026

ABŞ prezidenti Donald Tramp Hörmüz boğazı yaxınlığında SEPAH-a məxsus katerlər və hərbi bazalara ABŞ Mərkəzi Komandanlığının hücumu barədə xəbərlərin yayılmasından bir neçə saat sonra “Truth Social” platformasında karikatura paylaşıb.

Paylaşımda Tramp keçmiş prezident Barak Obama dövründə İran siyasətini tənqid edib.

Karikaturada İran raketləri ilə üz-üzə qalan dollarlarla dolu palet və ABŞ hərbi esminesi təsvir olunub. Tramp bu görüntü ilə öz siyasəti və Obama administrasiyasının siyasəti arasındakı fərqi vurğulamağa çalışıb.

Şəkildə “Obamanın İran siyasəti” başlığı altında İrana pul ödənişi təsvir edilir, “Trampın İran siyasəti” hissəsində isə ABŞ-nin İrana qarşı hərbi güc tətbiq etdiyi göstərilir.

visiontv.az