Overçuk: Azərbaycanla münasibətlərimizin möhkəmliyinə heç kimin şübhəsi olmamalıdır
17.04.2026

Rusiya ilə Azərbaycan arasında ticarət-iqtisadi əməkdaşlığı arzu olunan trayektoriyaya çıxarmaq üçün bütün səyləri göstərmək son dərəcə vacibdir.

 Bunu  Azərbaycan-Rusiya İşgüzar Şurasının iclasında Rusiya Baş nazirinin müavini  Aleksey Overçuk deyib.

“Dünən Şahin Abdullayeviçlə söhbət zamanı qeyd etdik ki, təxminən bir il yarım əvvəl baş vermiş faciəli hadisələr əlaqələrimizi zəiflədib. Bu gün itirilmiş tempi bərpa etmək və ticarət-iqtisadi əməkdaşlığı arzu olunan trayektoriyaya çıxarmaq üçün bütün səyləri göstərmək son dərəcə vacibdir. Bu isə ilk növbədə işgüzar dairələrin nümayəndələrinin vəzifəsidir”, - deyə  A.Overçuk əlavə edib.

O, münasibətləri inkişaf etdirməyin önəmindən danışıb:

“Biz sıx əlaqələri qoruyub saxladıq və hamını buna istiqamətləndirdik ki, münasibətləri inkişaf etdirmək lazımdır. Rusiya və  Azərbaycan ən yaxın qonşulardır. Münasibətlərimizin möhkəmliyinə heç kimin şübhəsi olmamalıdır. Hətta kədərli hadisələr də keçmişdə qalır və hər iki ölkənin layiq olduğu inkişaf üçün yeni imkanlar açır”.

visiontv.az