Rusiya ilə Azərbaycan uçuş şəbəkəsinin genişləndirilməsi üzrə danışıqlar aparır.
Bunu Bakıda keçirilən Azərbaycan-Rusiya İşgüzar Şurasının iclasında Rusiya Baş nazirinin müavini Aleksey Overçuk bildirib.
O, Azərbaycanda çoxlu sayda müasir beynəlxalq hava limanının yaradıldığını xüsusi qeyd edib:
“Dünən biz uçuş coğrafiyasının genişləndirilməsini müzakirə etdik ki, Rusiyanın daha çox şəhərinin sakinləri birbaşa, minimum xərc və rahatlıqla Azərbaycana gələ bilsinlər”.
visiontv.az