Sağlam iqtisadi maraqların siyasi maraqlardan üstün olacağı halda bütün dünyada diplomatiyanın rolu daha güclü olacaq. Cənubi Qafqaz bunun üçün çox yaxşı nümunədir.
Bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze V Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən panel müzakirəsində deyib.
O qeyd edib ki, bölgədə vaxtilə bir çox problemlər və spesifik münaqişələr olub.
"Lakin hazırda biz - Cənubi Qafqaz ölkələri diqqəti daha çox diplomatik, praqmatik həllərə, bağlantıların gücləndirilməsinə yönəltmişik. Bu, yalnız regionda sülhü qoruyub saxlamağa deyil, həmçinin xalqlarımızın rifahının yüksəldilməsinə xidmət edir. Hesab edirəm ki, bu, çox yaxşı nümunədir və dünyanın bütün xalqları onu nəzərə almalıdır. Biz körpüləri yandırmaq əvəzinə onları qurmalıyıq”, - Kobaxidze əlavə edib.
visiontv.az