Dünyada baş verən qeyri-müəyyənliklər və qlobal dəyişikliklər fonunda Cənubi Qafqaz regionu xüsusi əhəmiyyət qazanır.
Bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze V Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən panel müzakirəsində deyib.
Onun sözlərinə görə, Gürcüstan uzun illərdir Avropa ilə Asiya arasında etibarlı körpü olduğunu sübut edir.
"Biz Gürcüstanın bağlantı funksiyasını mümkün qədər gücləndirmək üçün əlimizdən gələni edirik. Ticarət marşrutlarının çağırışlarla üzləşdiyi hazırkı şəraitdə biz tərəfdaşlarımıza müəyyən xidmətlər təklif edə bilərik. Gürcüstan malların, xidmətlərin, enerjinin, rəqəmsal məlumatların hərəkəti üçün tranzit mərkəz rolunu oynayır. Biz ölkənin bu funksiyasının daha da gücləndirilməsi istiqamətində çalışacağıq", - Kobaxidze əlavə edib.
visiontv.az