İranın Ali Rəhbəri: Körfəz ölkələri artıq ABŞ bazaları üçün sipər olmayacaq
26.05.2026

Region ölkələri daha ABŞ bazalarına qalxan olmayacaq.

Bunu İranın  Ali  Rəhbəri  Ayətullah Seyid Müctəba Xamenei Həcc ziyarəti ilə bağlı ictimaiyyətə yazılı mesajında bildirib.

İranın  Ali  Rəhbəri  Tehran və Vaşinqton üç aydır davam edən müharibəyə son qoymaq üçün danışıqlar apardığı bir vaxtda Körfəz ölkələrinin artıq  ABŞ bazaları üçün sipər olmayacağını qeyd edib.

“Region xalqları və əraziləri artıq  Amerika bazaları üçün sipər rolunu oynamayacaq”, - Xamenei vurğulayıb.

Qeyd edək ki, Müctəba Xamenei  Ali Rəhbər olduqdan bəri ictimaiyyət qarşısına çıxmayıb, yalnız yazılı açıqlamalar verib.

Xatırladaq ki, müharibə zamanı İran Yaxın Şərqdə  ABŞ hərbi bazalarına hücum edib.

visiontv.az