İrandan Azərbaycana 38 kq narkotik keçirilməsinin qarşısı alınıb
25.05.2026

Dövlət Sərhəd Xidməti və Daxili İşlər Nazirliyi birgə narkotik əməliyyatı keçirib.

Dövlət  Sərhəd  Xidmətinin  Mətbuat  Mərkəzindən  verilən məlumata görə, may ayının 23-də Dövlət  Sərhəd  Xidmətinin  Sərhəd  Qoşunları Komandanlığının   “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində  DSX və DİN əməkdaşlarının birgə keçirdiyi kompleks əməliyyat-qoşun tədbirləri nəticəsində ümumi çəkisi 38 kiloqram 130 qram narkotik vasitə və  2890 ədəd psixotrop tərkibli  Metadon M-40 həbinin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından  Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb. 

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

visiontv.az