Azərbaycanda toxumçuluğun (tingçiliyin) inkişafı üzrə hüquqi, institusional və dəstək tədbirlərinin hazırlanması və icra edilməsi nəzərdə tutulur.
Bu məsələ "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026−2030-cu illər üçün Dövlət Proqramı"nda əksini tapıb.
Sənədə əsasən, 2026-2030-cu illərdə “Toxumçuluq haqqında” Qanunun və digər normativ sənədlər yenilənəcək, toxum istehsal edən elmi tədqiqat müəssisə və təşkilatlarının və Toxum Fondunun fəaliyyəti təkmilləşdiriləcək, idxal olunan toxumlara dövlət nəzarətinin və toxumçuluqla bağlı subsidiyalaşma alətlərinin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlanacaq.
Eyni zamanda toxum istehsal edən elmi tədqiqat müəssisə və təşkilatlarının, Toxum Fondunun fəaliyyətinin optimallaşdırılması və maddi-texniki bazasının yaxşılaşdırılması, özəl sektorun iştirakı ilə müqaviləli toxum istehsalının təşviqi, toxumçuluq sahəsində nəticəyönümlü subsidiyalaşma alətlərinin tətbiq edilməsi planlaşdırılır.
Paralel olaraq, ölkəyə idxal olunan toxumlara dövlət nəzarəti sisteminin yaradılması, toxum istehsalının artırılması, bu sahədə özünütəminatın yaxşılaşdırılması hədəflənir.
visiontv.az