Rusiya İranı dəstəkləmək üçün tələb olunanları minimum səviyyədə göstərir
04.03.2026

Rusiya regiondakı formal müttəfiqi İranı dəstəkləmək üçün tələb olunanları minimum səviyyədə göstərir,

- Moskva Yaxın Şərqdəki aktuallığını qorumaq baxımından ABŞ, İsrail və İranla əlaqələrində incə bir xətt çəkir,

- Kremlin regional müharibədən kənarda qalması üçün praktiki və geosiyasi səbəbləri onun İsraillə əlaqələrindəki gizlilik, ABŞ ilə razılaşmanın səviyyəsi ilə əlaqəli şəkildə inkişaf edir. Ancaq başqa bir səbəb də var:

bu, Rusiyanın müharibədə iştirakı zamanı Kreml daxilində elita arasındakı münasibətlərdə rəqabətin şiddətlənəcəyi ilə əlaqəli baxışları əhatə edir,

- Ukraynada müharibə aparmasa idi belə, Rusiya İranın xeyrinə birbaşa müharibəyə özünü salmayacaqdı,

- ABŞ İsraillə birgə İrana qarşı apardığı hərbi əməliyyatlarda Rusiya və Çinin regiondakı limitli təsirlərini üzə çıxardı,

- ABŞ Prezidenti Donald Trampın güc tətbiqində yeni norma yaratması Rusiyanın Ukraynadakı hərbi kampaniyasında Kremlə bəzi fürsətlər verir,

- ABŞ və İsrail müttəfiqliyi İranın dərinliklərinə hücum etdikdən və Tehran cavab verdikdən sonra eskalasiya dərinləşir. Bu hadisələr İranın nüvə faylı üzərində ABŞ, Rusiya və Çin pərdəarxası qarşıdurmasını gücləndirir. Çünki İranın 60 faizə qədər zənginləşdirilmiş uran ehtiyatına çıxış regionun güc balansını yenidən müəyyən edə biləcək hadisə ola bilər,

- İran pilotsuz təyyarəsi Kiprdəki Britaniya hərbi bazasına zərbə endirib. Bu, Londonun ABŞ-nin hərbi kampaniyasını qınasa da, onun müharibədə iştirakına verilən əks-reaksiyadır,

- Çünki Amerika hərbi təyyarələri Yaxın Şərqə gedən yolda Böyük Britaniya hərbi bazalarından keçir və London buna icazə verib,

- Tehrana qarşı müharibə həyata keçirən Vaşinqtonla Təl-Əvivin təqdim etdiyi rəsmi oxunuşları koordiyasiya prizmasından belə qiymətləndirmək olar:

Tehranın müharibə və müdafiə qabiliyyətini zəiflətmək, nüvə proqramını sıfırlamaq, rejim dəyişikliyi həyata keçirmək üçün əlaqələndirilmiş səy,

- Lakin müharibənin nəticələri barədə tələsik proqnoz vermək olmur, çünki proseslərin açıq və gizli iştirakçıları arasında koordinasiyanın, məxfi planın nədən ibarət olduğu haqqında data əsaslı hərətərfli təsəvvürlər ictimaiyyətə sızdırılmır,

- Ehtimalla ABŞ və İsrail iranla müharibəni özlərinə lazım olduğu qədər davam etdirəcəklər. Əgər İranın cavab zərbələri güclü olsa, təyin olunan müddətlə bağlı plan qüvvədən düşə bilər...

Siyasi şərhçi Aqşin Kərimov

visiontv.az